Ümumi məlumat

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Agentliyin Əsasnaməsi və strukturu Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İcbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi;
  • Əhalinin bütün təbəqələrinin zəruri tibbi xidmətlərdən istifadəsinin əlçatanlığının artırılması;
  • Əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlərin görülməsi.

Agentlik tərəfindən aparılan islahatlar eyni zamanda aşağıda göstərilən məqsədlərə nail olunmasına xidmət edəcəkdir:

  • Xəstəxanaların idarəçiliyinin dəyişdirilməsi;
  • Səhiyyə sektorunun mövcud beynəlxalq standartlara uyğun olaraq yenidən təşkili;
  • Dövlət və özəl xəstəxanalar arasında şəffaflıq və rəqabət mühitinın yaradılması.