26 Sentyabr 2018

İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı ARTIRILACAQ


Femida.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Hazırda icbari tibbi sığorta sisteminin pilot olaraq həyata keçirildiyini xatırladan V.Qurbanov qeyd edib ki, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmişdi: "Onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur".

Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq ki, özündə diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

V.Qurbanov əlavə edib ki, hazırda mövcud olan baza zərfində yalnız tibbi xidmətlər öz əksini tapıb. Onun sözlərinə görə, yeni baza zərfi ilin sonuna hazır olacaq.

Agentlik rəsmisi 2019-cu ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin planlaşdırıldığını da söyləyib.