30 Avqust 2018

İcbari Tibbi Sığortanın tətbiqi ilə səhiyyə sahəsində həyata keçiriləcək islahatlar müzakirə olunub

Səhiyyə Nazirliyində beynəlxalq ekspert şirkəti McKinsey və İcbari Tibbi Sığorta agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazirliklə şirkətin sıx əməkdaşlığı çərçivəsində İcbari Tibbi Sığortanın tətbiqi ilə səhiyyə sahəsində həyata keçiriləcək islahatlar və strateji plan müzakirə olunub. Layihə barədə səsləndirilən təkliflərə rəylər bildirilib.

McKinsey şirkətinin nümayəndələri əməkdaşlığı yüksək qiymətləndirib və öz təşəkkürlərini bildiriblər. Növbəti müzakirələrlə əlaqədar görüşlər təyin edilib.