05 İyul 2016

Pilot layihə olaraq 1 rayon və 1 şəhər tipli ərazi seçiləcək

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır. Eyni zamanda, icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.