28 Noyabr 2018

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması

Səhiyyə Nazirliyi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş Yol Xəritəsi Azərbaycan Respublikasının növbəti illər ərzində səhiyyənin inkişaf perspektivlərini və fəaliyyət istiqamətlərini özündə əks etdirir. Təbii ki, əhalinin sağlamlığının qorunması məqsədini daşıyan bu islahatlar icbari tibbi sığorta sistemi ilə uzlaşdırılmalıdır.

Yol Xəritəsində əks olunan ilkin səhiyyə xidmətində (İSX) əhatə olunan tibbi xidmətlərin həcminin tədricən genişləndirilməsi və İSX-nin gücləndirilməsi, elektron səhiyyə monitorinq və qiymətləndirmə proqram təminatının yaradılması və əhalinin səhiyyə ilə əlaqədar məlumatlara əlçatanlığının artırılması məqsədi ilə səhiyyə kommunikasiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət istiqamətləri gələcəkdə icbari tibbi sığortanın uğurla tətbiqinə zəmin yaradır.