05 Dekabr 2018

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yevlax və Ağdaş rayonlarında vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq 2018-ci ilin dekabrın 5-də icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Yevlax və Ağdaş rayonlarında vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar əsasən icbari tibbi sığortanın tətbiqi, dərman vasitələri və işlə təminat, müayinə-müalicə və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, müraciətlərlə bağlı Agentliyin struktur bölmələrinə, Yevlax rayon Mərkəzi Xəstəxanası və Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslərinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verilib. Qəbulda vətəndaşlar tərəfindən verilmiş təkliflərin Agentliyin və onun tabeliyində olan tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacağı diqqətə çatdırılıb.

Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bölgələrdə vətəndaşlarla səyyar qəbulun keçirilməsinə dair verdiyi tapşırığa görə minnətdarlıqlarını bildiriblər.