10 May 2017

Yevlax rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Yevlax rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Çıxışçılar – xəstəxananın direktoru Azər İsmayılov, YAP Yevlax şəhər təşkilatının sədr müavini Əli Quliyev ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlar barədə iştirakçıları məlumatlandırıblar.

Qeyd edilib ki, dövlət müstəqilliyinin qorunması, ölkəmizin nüfuzunun beynəlxalq arenada yüksəlişində azərbaycançılıq prinsiplərinə daim sadiq qalan ümummilli liderin müstəsna rolu və xidmətləri var. Təsadüfi deyil ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin inkişaf strategiyasında da Azərbaycan dövlətinin təməlinin gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, bu iqtisadiyyatın davamlı və dayanıqlı, eyni zamanda tarazlı inkişafının təmin edilməsi diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir.

Tədbirin sonunda aztəminatlı ailələrin nümayəndələrinə, sağlamlıq imkanları məhdud olan şəxslərə maddi yardım verilib.