27 İyul 2017

Yevlax xəstəxanasında yanğın söndürülüb, xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb. Yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.