25 Oktyabr 2018

Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzusunda yazı və “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında videoçarx müsabiqələrinin vaxtları uzaldıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə 25 sentyabr 2018-ci il tarixində elan etdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" müsabiqəsinin vaxtı noyabr ayının 30-na qədər, “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” müsabiqəsinin vaxtı dekabr ayının 16-na qədər uzadıldı.

Hər iki müsabiqədə ilk üç yeri tutan şəxslərə müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində mükafatlar veriləcək. Bundan əlavə həvəsləndirici mükafatların təqdim edilməsi də nəzərdə tutulub.

Müsabiqələrin şərtləri ilə bu linkdən http://its.gov.az/az/v-t-nda-lar-ucun/elanlar/ tanış ola bilərsiniz.