17 Sentyabr 2018

“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçiriləcək

26 sentyabr 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Park İnn otelində saat 10:00-13:00-da “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim təşkil edəcək.

Təlimdə Avropa ölkələrində icbari tibbi sığorta sistemi, əhalinin sağlamlığının qorunmasında İTS-nin rolu, pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin İTS sisteminə münasibəti, İTS sistemində təminatlar və istisnalar zərfləri haqqında təqdimatlar ediləcək. Habelə "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan müsabiqə haqqında ətraflı məlumat veriləcəkdir.

Təlimdə iştirak etmək istəyən KİV nümayəndələri 21 sentyabr 2018-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Bunun üçün KİV nümayəndələrindən press@its.gov.az elektron poçt ünvanına məktub göndərmələri rica olunur. Məktubda KİV nümayəndəsinin adı və soyadı, təmsil etdiyi qurumun adı qeyd olunmalıdır. Təlimdə 35 KİV nümayəndəsinin iştirakı nəzərdə tutulmuşdur.