25 Sentyabr 2018

Mingəçevir şəhər sakinlərinin nəzərinə!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əvvəlcədən təsdiq edilmiş vətəndaşların qəbulu qrafikinə uyğun olaraq bəzi qəbul günlərində qəbulun icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi ərazilərdə təşkili nəzərdə tutulmuşdur. Növbəti qəbul günü olan 03 oktyabr 2018-ci il tarixində saat 10:00-dan başlayaraq Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12, 3-cü mərtəbə, konfrans zalında) Mingəçevir şəhər sakinləri qəbul ediləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar 25 sentyabr-02 oktyabr 2018-ci il tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsinə (poliklinika I mərtəbə, giriş) müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (+994 12) 310 07 70 (daxili 20-08) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.