01 Noyabr 2018

Baş mühasib vakansiyası üzrə işçi axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Şöbə müdiri - Baş Mühasib

Departament: Maliyyə

Şöbə: Mühasibatlıq

Vəzifə öhdəlikləri:

  • Dövlət büdcəsindən ayrılmış və büdcədən kənar vəsaitlərin təyinatı üzrə səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
  • Müvafiq qanunvericiliyə uyğun olaraq aktiv və öhdəliklərin uçotunu həyata keçirmək, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarını aparmaq, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə rəhbərliyə təkliflər vermək;
  • İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
  • Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
  • Dövlət orqanlarına hesabatları (vergi, DSMF, statistika) təqdim etmək;
  • Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və müvafiq orqanlara göndərilməsi üçün rəhbərliyə təqdim etmək;
  • Maliyyə, büdcə, ştat, kassa və qanunvericiliklə nəzərdə tutulmuş norma və intizamlara riayət etmək;

Vəzifə üçün tələblər:

  • Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit);
  • Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib vəzifəsində iş stajı;
  • Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (İFRS) bilməli;
  • İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
  • MS Excel və 1C - in mükəmməl istifadəçisi olmalı;
  • ACCA, CIMA imtahanlarında uğurla iştirak etmiş namizədlərə üstünlük veriləcək;
  • İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.