01 Noyabr 2018

İnformasiya sistemlərinin idarəedilməsi üzrə mütəxəssis vakansiyasına işçi axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: İnformasiya Sistemlərinin idarəedilməsi üzrə mütəxəssis

Departament: İnformasiya texnologiyaları

Vəzifə öhdəlikləri:

  • İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularını və ehtiyaclarını qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi, lazım olan hallarda istifadəçi sorğularının birbaşa rəhbərinə yönəldilməsi;
  • Texniki Tapşırıqlarının hazırlanması;
  • İnformasiya sistemi vasitəsilə iş prossesinin avtomatlaşdırılması və effektivliyinin artırılması istiqamətində texniki tapşırıqların hazırlanması, və bütün departamentlərdə informasiya sisteminin işininin təmin edilməsi;
  • Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
  • İnformasiya sistemlərinin icrası və tətbiqi üçün Agentlik əməkdaşları və Agentlik sistemlərindən istifadə edən kənar istifadəçilər üçün təlimlər keçirilməsi;
  • Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismarı haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi.

Vəzifə üçün tələblər:

  • Ali texniki təhsil;
  • İnformasiya texnologiyaları, informasiya prosesləri;
  • Microsoft Office proqram paketi ilə professional işləmək bacarığı;
  • Dil bilikləri - Azərbaycan, rus dillərinin bilikləri, ingilis dilinin əsas bilikləri;
  • 2-3 il bu sahədə iş təcrübəsi.

Bacarıqlar:

  • Təşəbbüskarlıq;
  • Ünsiyyət qurma bacarığı;
  • Dəqiqlik;
  • Operativlik;
  • Problemli halları həll etmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.