01 Noyabr 2018

Mütəxəssis vakansiyası üzrə işçi axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Mütəxəssis

Departament: Marketinq və ictimaiyyətlə əlaqələr

Şöbə: İctimaiyyətlə əlaqələr

Vəzifə öhdəlikləri:

  • Press-relizlər, xəbərlər, məqalələr, müsahibələr və hesabatlar hazırlamaq;
  • Materialları peşəkarcasına redaktə etmək;
  • Mətnləri rus və ya ingilis dilinə peşəkarcasına tərcümə etmək;
  • Mövzu üzrə informasiya toplamaq və onu təhlil etmək.

Vəzifə üçün tələblər:

  • Ali təhsil (jurnalistika və filologiya təqdir olunur);
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq;
  • Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı;
  • İctimaiyyətlə əlaqələr sahəsində azı 3 il iş stajı.

Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.