Bayramova Nigar Yusif qızı 1980-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur.

1997-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya ixtisası üzrə ali təhsil almışdır.

2006-2009-cu illərdə Qərb Universitetində (Bakı şəhəri, Azərbaycan) maliyyə və kredit ixtisası üzrə ali təhsil almışdır.

2009-2015-ci illərdə Böyük Britaniya, Türkiyə və Rusiyada idarəçilik üzrə çoxsaylı təlimlərdə iştirak etmişdir.

2001-2004-cü illərdə bir sıra özəl təşkilatlarda mühasib vəzifəsində işləmişdir.

2004-2010-cu illərdə “BE&G Sığorta” ASC-də müxtəlif vəzifələrdə işləmişdir.

2010-2016-cı illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 2070 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 3304 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Müşahidə Şurasının üzvü təyin olunub. 

Evlidir, bir övladı var.

Zəng sifariş et