20 Fevral 2019

Gələn ildən sonsuz ailələr tibbi sığorta hesabına süni mayalanmanı edə biləcəklər

Azərbaycanda gələn ildən ekstrakorporal (süni) mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, orqan transplantasiyası xidmətinin də limitli şəkildə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.

Hazırda bununla bağlı qiymətləndirmələr aparılır.

Xidmətlər paketinə əlavələr əhalinin müraciətləri nəzərə alınmaqla edilir.

Hazırda isə icbari tibbi sığorta Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. Pilot layihə bu ilin sonuna qədər davam edəcək.

Qeyd edək ki, 2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün bütün hazırlıq işlərinin başa çatdırılması, 2020-ci ildən ölkə üzrə icbari tibbi söğorta sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.