09 İyun 2019

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresində çıxış edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova 08 iyun 2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi və Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransının rəsmi açılış mərasimində çıxış edib.

N.Bayramova bildirib ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə 2017 və 2018-ci illərdə ümumilikdə 756 nəfər ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunub.