24 İyun 2019

İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə işinin aparılmasına vətəndaş cəmiyyəti dəstək olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə icbari tibbi sığorta haqqında əhalini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq qrant müsabiqəsinə "İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər" mövzusu daxil edilib. 2019-cu il üzrə dördüncü qrant müsabiqəsinə mövzu ilə bağlı 13 QHT layihə təklifləri ilə müsabiqəyə müraciət edib. Qrant müsabiqəsində layihələrin qiymətləndirilməsi prosesində ekspertlərlə yanaşı ölkə vətəndaşları da iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə icbari tibbi sığorta mövzusunda 8 QHT qalib gəlib. Onların siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.