14 İyun 2019

Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası təsdiqlənib

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

“Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası” “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli Qanunun tətbiqi və “Tibbi sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 30 dekabr tarixli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunub.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.