25 Aprel 2019

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə sahibkarlarla görüş keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

İcbari tibbi sığorta sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada müzakirə olunacaq mövzular:

  • Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
  • İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
  • Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://sahibkarliq.typeform.com/to/DF7fyB

Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00

Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III