06 May 2019

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkimlər üçün tədris kursu təşkil olunacaq

2019-cu ilin iyun ayının 10-da “Azəri Toksikoloqlarının Dərnəyi” Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilə birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Kəskin zəhərlənmələrin diaqnostikasına və müalicəsinə dair müasir yanaşmalar" mövzusunda regional tədris kursu keçirəcəkdir.

Tədris kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən təsdiqlənmişdir. Kursu müvəffəqiyyətlə bitirmiş mütəxəssislər Davamlı Tibbi Təhsil Proqramı üzrə 7 kredit balı qazanacaqlar. Tədris kursu ödənişsizdir.

Kurs aşağıdakı ixtisaslar üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur:

  • Həkim anestezioloq-reanimatoloq
  • Həkim-toksikoloq
  • Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
  • Ailə həkimi; Həkim-terapevt / Sahə həkimi-terapevt
  • Həkim-pediatr / Sahə həkimi-pediatr
  • Həkim allerqoloq
  • Həkim narkoloq / Həkim-psixiatr


Qeydiyyat üçün son tarix 31 may 2019-cu ildir. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surətini və CV (tərcümeyi-hal) təqdim etmək lazımdır. Yerlərin sayı məhduddur.
Qeydiyyat üçün e-mail: efendiyevi@gmail.com
Əlavə məlumat üçün telefon: (050) 214-90-18

Tədris kursunun proqramı ilə aşağıda tanış ola bilərsiniz: