20 Fevral 2019

Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsinə mütəxəssis axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Mütəxəssis

Departament: Hüquq

Şöbə: Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsi

Vəzifə öhdəlikləri:

  • Qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər normativ sənədlərin, habelə qeyri-normativ aktların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək, şəxslərin qəbul edilməsini təşkil etmək;
  • Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  • Qurumun digər struktur bölmələrinə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək, struktur bölmələr tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
  • Departament rəhbərinin tapşırığına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Vəzifə üçün tələblər:

  • Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolunandır);
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq;
  • Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
  • Məxfilik, təhlil etmə, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmə bacarıqlarının olması;
  • Hüquq sahəsində 3 il iş təcrübəsi .

Maraqlanan namizədlər CV-lərini 15 mart 2019-cu il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır