04 İyun 2019

Pilot ərazilərdə həkim vəzifələri üzrə vakant yerlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot olaraq tabeliyinə verilmiş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə müvafiq həkim vəzifələri üzrə vakant yerlər elan edir:

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

həkim-pulmonoloq həkim-travmatoloq-ortoped
həkim-anestezioloq-reanimatoloq təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

həkim-nevropatoloq həkim-ümumi cərrah həkim-nefroloq
həkim-dermatoveneroloq həkim- infeksionist həkim-radioloq
həkim-qastroenteroloq həkim-anestezioloq-reanimatoloq həkim-ftiziatr
həkim-oftalmoloq (cərrah) həkim- travmatoloq-ortoped həkim-otorinolarinqoloq (cərrah)
həkim-uroloq (cərrah)

“Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

Yoluxucu xəstəliklər şöbəsinin müdiri həkim-anestezioloq-şüa diaqnostika üzrə həkimreanimatoloq şüa diaqnostika üzrə həkim
təcili və təxirəsalınmaz tibbi yardım üzrə bölmə müdiri həkim-anestezioloq-reanimatoloq (uşaq bölməsi) həkim-laborant (şöbə müdiri)
təcili və təxirəsalınmaz tibbi yardım stansiyası-çağırışçı həkim həkim-travmatoloq-ortoped həkim-hematoloq
həkim-nevropatoloq həkim-uroloq həkim-onkoloq
həkim-kardioloq həkim-pediatr həkim-radioloq
ailə-həkimi həkim-nefroloq


Agentlik tərəfindən həkimlərə əmək haqqına əlavə olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş stimullaşdırıcı və normativlərlə bağlı ödənişlər nəzərdə tutulur.


Maraqlanan namizədlər 01 iyul 2019-cu il tarixinədək müraciət olunan vəzifənin adını qeyd etməklə CV və sertifikasiya şəhadətnamələrini hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün (012) 310-07-70 telefon nömrəsi ilə əlaqə saxlayıb suallarınızı İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinə ünvanlaya bilərsiniz

Yalnız seçilmiş və sertifikasiya şəhadətnamələri olan namizədlərlə əlaqə saxlanılacaqdır.