24 Dekabr 2018

Həkim vəzifələr üzrə vakant yerlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot olaraq tabeliyinə verilmiş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə müvafiq həkim vəzifələr üzrə vakant yerlər elan edir:

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

  • həkim-pulmonoloq
  • həkim-travmatoloq-ortoped
  • həkim-neonatoloq
  • təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

  • həkim-nevropatoloq
  • həkim-ümumi cərrah
  • həkim-nefroloq
  • həkim-neonatoloq
  • həkim mama-ginekoloq (cərrah)
  • həkim-radioloq
  • həkim-qastroenteroloq
  • həkim-anestezioloq-reanimatoloq
  • həkim-ftiziatr
  • həkim-otorinolarinqoloq (cərrah)
  • həkim-travmatoloq-ortoped
  • həkim-uroloq (cərrah)

“Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə:

  • həkim-terapevt
  • həkim-anestezioloq-reanimatoloq
  • həkim-uroloq
  • həkim-onkoloq
  • şüa diaqnostika üzrə həkim
  • həkim-nefroloq
  • həkim-pediatr
  • təcili və təxirəsalınmaz tibbi

yardım üzrə həkim

  • həkim-laborant

Agentlik tərəfindən həkimlərə əmək haqqına əlavə olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş stimullaşdırıcı və normativlərlə bağlı ödənişlər nəzərdə tutulur.

https://www.its.gov.az/site/assets/files/1066/hkimlr-mk_haqlarina_lavlr.pdf

Maraqlanan namizədlər 15 yanvar 2019-cu il tarixinədək müraciət olunan vəzifənin və regionun adını qeyd etməklə CV-lərini hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün (012) 310-07-70 telefon nömrəsi ilə əlaqə saxlayıb suallarınızı İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinə ünvanlaya bilərsiniz.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. www.its.gov.az