Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir

24.01.2025, 06:45

Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib. Artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.

Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın öz vəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olarsa pasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır. 

Nümunə: Pasiyent dövlət/özəl tibb müəssisəsinə səhhətində yaranan problemlə - məs., bel nahiyəsində küt və ya sancı şəkilli ağrı ilə bağlı müraciət edir. Burada həkim-uroloq/nefroloq tərəfindən müayinə olunur. Həkim tərəfindən təyin olunan müvafiq laborator və instrumental müayinələrdən keçir. Nəticədə pasiyentə böyrək daşı xəstəliyi diaqnozu qoyulur. Vətəndaş diaqnoza əsasən böyrək daşının xaric edilməsi əməliyyatından istifadə etmək üçün TƏBİB-in tabeliyindəki xəstəxanalarda, Agentliklə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) göndəriş əsasında və ya yuxarıda qeyd olunan 3 tibb müəssisəsinə seçiminə uyğun olaraq göndərişsiz müraciət edə bilər. 

Bu qayda həmçinin pasiyentlər üçün tibbi xidmətlərə əlçatanlığı təmin etməyi hədəfləyir.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue