Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub

02.06.2025, 05:57

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə “Ümid Yeri”, “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində keçirilib. Aksiyada ümumilikdə 119 nəfər iştirak edib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə uşaq və yeniyetmələr, həmçinin sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən TƏBİB-in tabeliyindəki Nizami Tibb Mərkəzi, 11 saylı Uşaq poliklinikası və 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim heyəti cəlb edilib.

Aksiya çərçivəsində sığınacaq sakinləri pediatr, otorinolarinqoloq, cərrah, nevroloq, oftalmoloq, kardioloq, dermatoloq, ginekoloq, radioloq və psixiatr tərəfindən müayinə ediliblər. Müayinədən keçən şəxslərin bəzilərində xroniki tonzillit, ürək ritminin pozulması, ginekoloji, endokrinoloji və oftalmoloji problemlər aşkarlanıb. Eyni zamanda ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən sakinlərin əksəriyyətində vitamin D defisiti müşahidə olunub.

Bəzi hallarda müayinə nəticələrinə əsasən əlavə tibbi xidmətlərə - müalicə və əməliyyata ehtiyac yaranıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə yönləndirilib və həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.

Qeyd edək ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.

 

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue