Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib

18.06.2025, 05:46

2024-cü il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub.

Dializ böyrəklərin filtrasiya qabiliyyətinin itirilməsi səbəbindən qanda toplanan zəhərli maddələrin çıxarılmasının unikal üsuludur. Prosedurun mahiyyəti insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qanın təcili təmizlənməsi, su-duz və turşu-əsas balansının bərpasıdır. Bu müalicə üsulu əsasən kəskin və xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə tətbiq edilir. Dializin iki əsas növü mövcuddur: hemodializ və peritoneal dializ.

Hemodializ zamanı böyrəklərin filtrasiya funksiyası süni dializator aparatı vasitəsilə həyata keçirilir. Tibb müəssisəsində aparılan bu prosedur pasiyentin vəziyyətini stabilləşdirir, həyat keyfiyyətini artırır və ömrünü uzadır.

Peritoneal dializ isə qarın boşluğuna yerləşdirilən qalıcı kateter vasitəsilə aparılır. Kateter, xəstəxana şəraitində yerləşdirilir və pasiyentə uzunmüddətli dializ imkanı yaradır. Peritoneal dializ xəstənin ixtisaslaşdırılmış  mərkəzdə prosedurdan keçə bilmədiyi və ya standart manipulyasiyaya ciddi əks göstərişlər olduğu hallarda təyin edilir. Peritoneal dializin mühüm üstünlüyü onun ev şəraitində tətbiq oluna bilməsidir.

Kateterizasiyadan əlavə, uzunmüddətli hemodializ üçün sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə — arterio-venoz fistul əməliyyatı həyata keçirilir. Bu üsul infeksiya riskinin aşağı, uzunömürlü olması səbəbindən "qızıl standart" sayılır. Arterio-venoz fistul adətən damar-cərrahı tərəfindən yerli anesteziya və ya sedasiya altında aparılır.

Ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.

Qeyd edək ki, hemodializ üçün müvəqqəti və qalıcı kateterlərin yerləşdirilməsi, arterio-venoz fistul əməliyyatının icrası, anesteziya xidməti, damarların angioplastikası (balon və ya stent daxil olmaqla), ilkin hemodializ və peritoneal dializ xidmətləri icbari tibbi sığorta təminatına daxildir. Bu xidmətlər tibbi göstərişə  əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə həyata keçirilir.

Proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.

Komissiyada qeydiyyata düşməzdən əvvəl vətəndaşa göstərilən ilkin hemodializ xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue