Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir

07.07.2025, 10:37

Osteoporoz - sümük strukturunun pozulması ilə müşayiət olunan proqressivləşən, metabolik sümük xəstəliyidir. Bu xəstəlik sümük kütləsinin və möhkəmliyinin  azalması, kövrəkliyinin artması ilə xarakterizə olunur. Xəstəlik əksər halda simptomsuz olur və tez-tez yalnız mil sümüyü, bud sümüyü boynunun və ya fəqərə cisimlərinin kompression sınıqlarından sonra aşkar edilir. Sümüklərin sağlamlığını qorumaq və osteoporozun fəsadlarının qarşısını almaq üçün xəstəliyin erkən diaqnostikası ilə yanaşı, səbəbinin müəyyən edilməsi və müalicəsi böyük əhəmiyyət kəsb edir. Osteoporozun diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə  təminata alınıb.

Osteoporozun vaxtında diaqnostika və müalicəsi sümüklərin kövrəkləşməsinin qarşısını almaq, sınıq riskini azaltmaq üçün vacibdir. Diaqnostika üçün qanda kalsium, fosfor, D3 vitamini, parathormonun səviyyəsi təyin olunur, rentgen müayinəsi, sümüklərin mineral sıxlığının ölçülməsi üçün densitometriya, kompüter tomoqrafiyası (KT) kimi müayinə üsullarından istifadə edilir.

Osteoporozun müalicəsi zamanı kalsium və D vitamini preparatlarının istifadəsi, fizioterapiya və lazım gəldikdə cərrahi müdaxilələr tətbiq olunur. Tibbi göstərişə əsasən cərrahi əməliyyatlar da daxil olmaqla, xəstəliyin müayinə və stasionar terapevtik müalicəsi icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.

Bu tibbi xidmətlər ixtisaslı həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Osteoporoz xəstəliyi əsasən yaşı 50-dən yuxarı insanlarda müşahidə olunur. Ancaq metabolizmin pozulması, qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin funksiyalarının pozulması zamanı gənc yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinə bilər.

Xəstəliyin risk faktorlarına genetik meyillilik, valideynlərdən birində osteoporoz səbəbi ilə bud-çanaq sınığının olması, qadınlarda menopauzadan sonra hormonal dəyişikliklər, amenoreya (menstruasiyanın uzun müddət olmaması) və kişilərdə testosteron çatışmazlığı daxildir.

Eyni zamanda, aşağı çəki, anoreksiya, qida rasionunda kalsium, fosfor, maqnezium və D vitamininin kifayət qədər qəbul olunmaması, həzm pozğunluqları, revmatoid artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də risk yaradır.

Bundan əlavə, bəzi dərmanların (artrit və astma kimi xəstəliklərin müalicəsi üçün uzunmüddətli steroid, qıcolma əleyhinə və digər preparatların) qəbulu alkoqollu içkilərin və tütün məhsullarının həddindən artıq istifadəsi osteoporoz riskini artıran digər mühüm amillərdəndir.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue