Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yeniləyib

17.07.2025, 11:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində vətəndaşlara təqdim olunan məlumatların daha əlçatan olması və saytın funksionallığının artırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib.

Belə ki, “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi yenilənib. Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində müraciət edə biləcəkləri bütün dövlət tibb müəssisələrini vahid platforma üzərindən asanlıqla axtarıb tapa bilirlər.

Eyni zamanda, sayta abunəlik funksiyası da əlavə olunub. Bu funksiya istifadəçilərə Agentliyin portalında yerləşdirilən yenilik, xəbər və vakansiyalar barədə elektron poçt vasitəsilə məlumat almağa şərait yaradır. Vətəndaşlar bu funksiyadan istifadə etməklə icbari tibbi sığorta barədə gündəlik yenilikləri daha operativ izləyə bilərlər.

Sayt üzərində həyata keçirilən digər mühüm texniki dəyişikliklərdən biri də interaktiv xəritə funksionallığının genişləndirilməsidir. Artıq həm “Tibb müəssisələrinin axtarışı sistemi”, həm də “Filiallar” bölməsində istifadəçilər öz mövcud məkan məlumatlarına əsasən yaxınlıqda yerləşən dövlət tibb müəssisələrini və Agentliyin regional filiallarını xəritə üzərində birbaşa görə bilirlər.

İstifadəçilərin informasiya axtarışı zamanı yarana biləcək suallarını da nəzərə alaraq saytın müxtəlif bölmələrinə tez-tez ünvanlanan suallardan ibarət “Ən çox verilən suallar” hissəsi əlavə edilib. Bu yanaşma istifadəçilərə məlumatı birbaşa səhifə daxilində əldə etmək və yaranmış suallara dərhal cavab tapmaq imkanı yaradır.

Son olaraq, istifadəçi məmnuniyyətinin artırılması məqsədilə məlumat təqdim edən səhifələrdə qiymətləndirmə və rəy bildirmək imkanları yaradılıb. İstifadəçilər bu səhifələrdə yerləşdirilən məlumatların faydalılığını qiymətləndirməklə yanaşı, əlavə fikir və təkliflərini də birbaşa təqdim edə bilirlər. Bu dəyişiklik Agentliyin saytına dair ictimai rəyin öyrənilməsinə və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.

Qeyd olunan yeniliklər Agentliyin rəqəmsal xidmətlərinin səmərəliliyini artırmaq, vətəndaşlarla interaktiv əlaqəni gücləndirmək və istifadəçi təcrübəsini davamlı olaraq yaxşılaşdırmaq istiqamətində atılan addımlardır.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue