Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

23.07.2025, 14:30

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar “mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.

İnstrumental diaqnostik müayinə nəticələri vətəndaşlara tibbi göstəriş əsasında təqdim olunan və onların müalicə prosesində istifadə edilən rəsmi tibbi sənəddir.

Tibbi göndərişlər isə vətəndaşların müvafiq müayinələrə və ya stasionar müalicəyə yönləndirilməsi məqsədilə təqdim olunan rəsmi tibbi sənəddir.

Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür.

Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.

Xatırladaq ki, laborator analiz nəticələri barədə məlumatları da birbaşa mygov platformasından əldə etmək mümkündür.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue