Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Özbəkistanın Dövlət Tibbi Sığorta Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

30.07.2025, 15:29

Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktorunun birinci müavini Şuxrat İnoyatovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilə görüşüb. Səfərin əsas məqsədi iki ölkə arasında ötən il imzalanan Anlaşma Memorandumunda 2025-2028-ci illər üçün nəzərdə tuttulan Fəaliyyət Planının prioritet istiqamətlərinin müzakirəsi və icbari tibbi sığorta sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsidir.  

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnun olduğunu bildirən Nigar Bayramova qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın icrasına xidmət edir. Hər iki ölkə rəhbərinin birgə səyləri və əməkdaşlığa verdikləri önəm münasibətlərin inkişafında əsas rol oynayır. Atılan addımlar xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin, Azərbaycanla Özbəkistan arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına şərait yaradır. Bu əməkdaşlıq səhiyyə sahəsində də əhəmiyyətli irəliləyişlərə yol açır. Ötən il, Agentlik və Fond arasında imzalanan Memorandum bizə bir çox istiqamətlərdə əməkdaşlıq imkanı yaradır. Ən vacib sahələrdən biri tibbi sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycan bu sahədə son illərdə mühüm təcrübə toplayıb və bu təcrübənin bölüşülməsi faydalı olacaq”.

Şuxrat İnoyatovun sözlərinə görə Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq Özbəkistanda icbari tibbi sığorta sisteminin qurulmasında mühüm rol oynayır: “Əldə edilən uğurlar bütün ölkə üzrə əhatəlilik, əhalinin neyrocərrahiyyə, kardiocərrahiyyə və digər yüksək texnologiyalı tibbi xidmətlərə çıxışı, eləcə də səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bizim üçün olduqca dəyərlidir. Bu təcrübəni böyük maraqla öyrənirik. İmzalanan memorandum isə ölkələrimiz arasında davamlı və sistemli əməkdaşlığın əsasını qoyur, qarşılıqlı bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır”.

İki gün davam edən görüşlər çərçivəsində Agentliyin səlahiyyətli nümayəndələri müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tibbi yardımın maya dəyərinin hesablanması, çağrı mərkəzi xidmətinin təşkili, strateji inkişaf və iqtisadi təhlil, informasiya texnologiyaları, tibbi xidmətlər və dərman vasitələri, maliyyə idarəçiliyi, tibbi planlama, insan resurslarının idarə olunması və inkişafı, eləcə də marketinq, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi sahələr əhatə olunub.

Agentlik və Fond arasında imzalanmış Anlaşma Memorandumunun Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Xatırladaq ki, Agentlik və Fond arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2024-cü ildə Anlaşma Memorandumu imzalanıb və 2025-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq olunub.

Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue