Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Pterigiumun (gözdə ət artımı) müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə əlçatandır

08.08.2025, 12:38

Pterigium - qanadı xatırladan üçbucaq formalı membranın  konyunktivadan gözün buynuz qişasına qədər tədricən böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki xəstəliyidir. Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə doğru böyüyür.

Adətən günəş şüalarına, küləyə, tozlu, quru mühitə, allergen və kimyəvi maddələrin təsirinə uzunmüddətli məruz qalma nəticəsində yaranır. Xəstəlik ilkin mərhələdə sadəcə gözdə qızartı, qaşınma, yanma, göz quruluğu ilə özünü göstərsə də, inkişaf etdikcə astiqmatizm, görmə itiliyinin azalması, görmə sahəsinin daralması və məhdudlaşması, diplopiya (ikili görmə) və digər simptomlara səbəb ola bilər. Bundan başqa, qeyd olunan membran estetik olaraq pasiyentlərdə narahatlıq və psixoloji problemlərə də səbəb ola bilər. Pterigiumun fəsadlarına konyunktivada və buynuz qişada çapıq toxumanın inkişafı, göz almasının məhdud hərəkətliliyi, çəpgözlüyün baş verməsi və ptergiumun bədxassəli degenerasiyasını misal göstərmək olar.

Pterigiumun diaqnozu oftalmoloq tərəfindən göz müayinəsi, göz almasının ön seqmentinin bio-mikroskopik müayinəsi ilə müəyyənləşdirilir. Pterigiumun mərhələsini müəyyən etmək üçün icbari tibbi sığorta hesabına oftalmoskopiya, vizometriya, perimetriya və refraktometriya kimi müayinələr aparılır. Pterigiumun həm konservativ, həm də cərrahi yolla müalicə yolları var. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə sözügedən xəstəliyin 2 cərrahi müalicəsi daxildir - pterigiumun kəsiklə çıxarılması və pterigiumun transpozisiyası (konyuktival autotransplantasiya). Ötən il ərzində icbari tibbi sığorta hesabına pterigiumun kəsiklə çıxarılması üzrə 284 sayda, transpozisiyası üzrə isə 1908 sayda cərrahi müdaxilə icra olunub. Birinci üsulda pterigium toxuması kəsilərək çıxarılır və yaraya tikiş qoyulur. Bu prosedur texniki baxımdan sadə və qısa müddətli olsa da, residiv (təkrarlanma) riski yüksək olur.

Daha müasir və effektli üsul isə pterigium çıxarıldıqdan sonra gözün sağlam hissəsindən götürülən toxumanın həmin nahiyəyə köçürülməsidir (konyuktival autotransplantasiya). Bu texnika həm estetik, həm də funksional baxımdan daha müsbət nəticələr verir və residiv (təkrarlanma) ehtimalını minimuma endirir. Konyunktival autogreftdən istifadə edilərək icra edilən bu əməliyyat hazırda aşağı residiv (təkrarlanma) nisbətinə görə pterigiumun cərrahi müalicəsində qızıl standart hesab olunur.

Əməliyyatlar yerli anesteziya ilə həyata keçirilir, müddəti 15–40 dəqiqə arasında dəyişir və pasiyent adətən eyni gün evə buraxılır, bir-iki həftə ərzində isə normal həyat tərzinə qayıda bilir. Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiyada və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.

İcbari tibbi sığorta ilə hər iki əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılır.

Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue