Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Karpal Tunel Sindromunun müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir

11.08.2025, 09:38

Karpal Tunel Sindromu (KTS) – orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal tunel – əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar bir anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən, müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb olan xəstəlikdir.

Diaqnoz pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta hesabına aşağıdakı diaqnostik üsullardan istifadə olunur:

  • Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətinin qiymətləndirilməsi;

  • Elektroneyroqrafiya (ENG) – sinirdə elektrik fəaliyyətinin qiymətləndirilməsi (impulsun yayılma sürəti və ya fəaliyyət potensialının ölçülməsi);

  • Ultrasəs müayinə (USM) – median sinirin vizualizasiyasını təmin edir;

  • Kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) – bəzi hallarda əməliyyata hazırlıq zamanı əlavə diaqnostik metod kimi təyin olunur.

Müalicə taktikasının əsası karpal tunelin daralması səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə həm konservativ terapiya, həm də cərrahi müdaxilə istifadə olunur. Konservativ müalicəyə çıxıqların salınması, əlin immobilizasiyası, endokrin və metabolik pozğunluqların korreksiyası, iltihabın və ödemlərin aradan qaldırılması daxildir. Xəstəliyin ilkin mərhələsində müalicəyə başlamaq şərti ilə halların yarısında konservativ terapiya yaxşı nəticələr verir. Konservativ tədbirlər effektsiz olduqda, yaxud xəstə həkimə gec müraciət etdikdə karpal tunel sindromu cərrahi müalicə tələb edir. Açıq və ya endoskopik əməliyyatlarla bilək kanalının həcminin artırılması və median sinirin sıxılmasının aradan qaldırılması təmin edilir.

KTS-nin müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Pasiyentlər diaqnostik prosedurlardan tutmuş fizioterapiya və zəruri hallarda cərrahi müdaxilə daxil tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.

KTS özünü aşağıdakı simptomlarla göstərir:

  • Baş barmaq və digər barmaqlarda (xüsusilə şəhadət, orta və adsız barmaqda) keyimə, qaşınma, iynəbatırma hissi;

  • Əldə zəiflik, kiçik əşyaları saxlamaqda çətinlik;

  • Simptomlar xüsusilə gecələr və əl eyni vəziyyətdə uzun müddət saxlandıqda (məsələn, avtomobil idarə edərkən, telefonla danışarkən) daha da güclənir;

  • Bəzi hallarda hissiyyat qola və çiyinə qədər yayıla bilər;

  • Pasiyentlər bu vəziyyəti “sanki elektrik vurması” və ya əllərini “silkələmək ehtiyacı” ilə təsvir edirlər.

KTS karpal kanal daraldıqda inkişaf edir. Bu sindrom daha çox sadalanan səbəblərdən baş verir:

  • əsas gücün mil-bilək oynağına düşdüyü ağır fiziki iş zamanı - montajçılar, mexaniklər;

  • əlin uzun müddət bir vəziyyətdə saxlanılması - musiqiçilər, fotoqraflar;

  • kompüterdə uzunmüddətli iş;

  • əllərin tez-tez vibrasiyaya məruz qalması - inşaatçılar, sürücülər.

Birbaşa səbəblərlə yanaşı, hamiləlik, menopauza, piylənmə, tiroid disfunksiyaları, böyrək çatışmazlığı, limfostaz, şəkərli diabet, revmatoid artrit və podaqra kimi amillər də KTS riskini artırır. KTS qadınlarda daha çox rast gəlinir. Bu, karpal tunelin qadınlarda daha dar olması və hormonal təsirlərlə izah olunur.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue