Yerləşdirilmə tarixi: 13.10.2022
Son müraciət tarixi: 23.10.2022

Agentlik Hesabatlılıq şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamentinin Hesabatlılıq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentlik, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması;

  • Agentlik, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin hər şöbəsi üzrə aylıq, rüblük və illik maliyyə təhlillərinin aparılması, təqdimatların və idarəetmə uçotu prinsiplərinə əsaslanan hesabatların hazırlanması;

  • Kənar auditin aparılmasına dəstək və proses zamanı auditorlarla birbaşa əlaqəli şəxs kimi çıxış edərək, Maliyyə departamentinin rəhbərinə dəstək verilməsi, tələb olunan məlumatların toplanılması və strukturlaşdırılmasının təmin edilməsi;

  • Departament rəhbərinin tapşırığı ilə regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamaların aparılması prosesinin təşkil edilməsi;

  • Proseslərin avtomatlaşdırılması məqsədilə prosedur və qaydaların yazılmasında iştirak.

Bizim üçün uyğun namizəd:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;

  • 5 ildən az olmayaraq ümumi, minimum 3 il maliyyə sahəsində əmək stajı (ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi);

  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;

  • MHBS standartlarını yaxşı səviyyədə bilmək (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);

  • Beynəlxalq maliyyə hesabatları standartlarına dair praktiki biliklər (F3, F5, F7);

  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;

  • Ofis proqramları üzrə biliklər;

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Stresə qarşı davamlılıq.

Əlavə məlumatlar:

  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170;

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 23.10.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Zəng sifariş et