Yerləşdirilmə tarixi: 29.03.2022
Son müraciət tarixi: 29.04.2022

Agentlik İnformasiya resurslarının monitorinqi və nəzarəti şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya resurslarının monitorinqi və nəzarət şöbəsinə mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera inkişafı imkanları;

  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);

  • İnformasiya təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;

  • WAF, Antivirus, Xdr və s. tipli proqram təminatları ilə iş təcrübəsi və bacarığının olması;

  • Windows və Linux əməliyyat sistemləri haqqında dərin biliklərin olması;

  • İT İnfrastruktur bilikləri (serverlər, şəbəkə avadanlıqları, şəbəkə ekranları və s. işləmə prinsipləri) olması;

  • Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması;

  • İşə məsuliyyətli yanaşma və operativlik bacarığının olması;

  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifakatların mövcudluğu arzu olunandır (CompTIA Security+, OSCP və s.).

Görəcəyiniz işlər:

  • İstifadəçi kompüterlərinin və serverlərin müdafiəsini təmin etmək (Xdr, Antivirus, OS Firewall, Endpoint Encryption və s.);

  • Web tətbiqlərin müdafiəsini təmin etmək (WAF, DDoS protection);

  • Administrativ əməliyyatların nəzarətini aparmaq (PAM);

  • Giriş icazələrinin nəzarətini aparmaq (Access management);

  • Ehtiyat nüsxələrin saxlanması və bərpa edilib yoxlanılmasına nəzarət etmək (Backup and restore).

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 29.04.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir [1];

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Zəng sifariş et