Yerləşdirilmə tarixi: 04.05.2022
Son müraciət tarixi: 16.05.2022

Agentlik TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Strategiya və layihələrin icrasına nəzarət işlərində mütəxəssislərin fəaliyyətinə metodoloji rəhbərlik göstərir;

  • TƏBİB daxilində və TƏB – də aktiv olan layihələrin reyestrini hazırlayır, yeni layihələri daxil edir;

  • Layihələrin tərtibatının tamamlanması və icrasını gedişatı ilə əlaqədar işçi qrupları ilə əməkdaşlıq edir, iclaslarda iştirak edir və düzəlişlərin vacibliyi barədə şöbə müdirinə məlumat verir;

  • Layihələrin icrası əsnasında yaranmış problemlərin həlli yolları barədə məsləhətlərini yazılı şəkildə şöbə müdirinə məlumat verir;

  • Şöbələr arasında əməkdaşlığın və səmərəliliyin artması üçün təkliflər verir, layihə planlanması və monitorinq istiqamətində təlimlərin təşkili və keçirilməsində iştirak edir;

  • Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatlar hazırlayır;

  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, məlumatlar hazırlayır və digər vəzifələri yerinə yetirir;

  • TƏBİB – in rəsmi internet səhifəsində “Strateji layihələr” rubrikasının daim yenilənməsi və idarə edilməsi ilə məşğul olur.

Vəzifəyə dair tələblər:

  • Ali tibb təhsili;

  • İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;

  • Qanunvericilik üzrə biliklər - 26 iyun 1997-ci il tarixli 360-IQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun və TƏBİB – in nizamnaməsi;

  • Dil bilikləri – Azərbaycan dili sərbəst, rus dili yaxşı və ingilis dili yaxşı;

  • Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;

  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;

  • Tələb olunan sertifikatlar - İELTS,TOEFL və s.dil biliyi sertifikatları – arzuolunandır. Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil və ya kurslarda iştirak sertifikatı – arzuolunandır.  Elmi dərəcə (elmi ad) diplomu – arzuolunandır.  

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 16.05.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir [1];

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

Zəng sifariş et