02 May 2023 11:30

Agentliyin İdarə Heyətinin sədri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 26 may 2023-cü il tarixində Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Qəbul Qəbələ şəhəri, Abbas Səhhət küçəsi 12 ünvanında yerləşən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (3-cü mərtəbə) saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Qəbələ, İsmayıllı və Oğuz rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Qəbula qeydiyyat 25 may 2023-cü ilsaat 18:00-da başa çatır.

Zəng sifariş et