01 Mart 2022 09:39
Agentliyin İdarə Heyətinin sədri Şirvanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 14 mart 2022-ci il tarixində saat 10:00-dan başlayaraq Şirvan Müalicə Diaqnostika Mərkəzində (Ünvan: Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 99, 4-cü mərtəbə, konfrans zalında) Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar 01-13 mart 2022-ci il tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə birgə Şirvan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinə (26 nömrəli otaq), Hacıqabul rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin qeydiyyat bölməsinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (+994 12) 310 07 70 (daxili 21-11) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Elanlar
“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
16 Mart 2023 14:00
“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir
15 Mart 2023 17:35
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir
09 Mart 2023 17:50
“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir
01 Mart 2023 16:50
Agentliyin İdarə Heyətinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
01 Mart 2023 15:15
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması məqsədilə tender elan edilir
28 Fevral 2023 17:40
"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri"nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
24 Fevral 2023 14:25
“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması məqsədilə keçirilmiş tenderin qalibləri müəyyən olub
22 Fevral 2023 17:00
“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə Dövlət Proqramı” çərçivəsində tibbi alətlərin satın alınması üçün keçirilmiş tenderin qalibi müəyyən olub
22 Fevral 2023 09:20
"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" üçün tibbi ləvazimat və sərfiyat mallarının satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi müəyyən olub
08 Fevral 2023 16:30