16 Yanvar 2019 14:20
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi UNICEF ilə Anlaşma Memorandumu imzalayıb
16 yanvar 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin imzalayıblar.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir. O qeyd edib ki, memorandum Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verəcək.
UNICEF-in Azərbaycandakı nümayəndəsi bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.
Tərəflər arasında imzalanan memorandum çərçivəsində “Körpə Dostu” Xəstəxana Standartlarının doğum evlərinin (şöbələrinin) standartlarına daxil edilməsi, ilkin səhiyyə xidməti işçilərinin sağlamlıq və qidalanma xidmətlərinə dair bilik və bacarıqlarının artırılması istiqamətində Uşaq İnkişafının İzlənilməsi Təlimatı (UİİT), Körpə və erkən yaşlı uşaqların qidalanması (KEYUQ) üzrə təlimlərin təşkili ilə bağlı əməkdaşlıq planlaşdırılır.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38