13 İyun 2024 16:06
Agentlik ilə SGK arasında imzalanan Anlaşma Memorandumunun müddəti uzadılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 12-13 iyun tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olub.
Səfər Agentlik ilə Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu (SGK) arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Səfər zamanı Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində Zaur Əliyev SGK sədri Raci Kaya ilə görüş keçirib. Agentlik ilə SGK arasında 2021-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığın qarşılıqlı faydalı olduğu nəzərə alınaraq Anlaşma Memorandumunun müddəti uzadılıb.
Memorandumun məqsədi icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.
Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı icbari tibbi sığorta sahəsində hər iki ölkənin əldə etdiyi təcrübə, sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsinin tənzimlənməsi və işin təşkili ilə bağlı mövzuları əhatə edir.
Səfər çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və digər aidiyyəti qurumlarla da görüşlər keçiriblər. Z.Əliyev işğaldan azad olunmuş ərazilərdə (Ağdam və Zəngilan) quraşdırılmış modul tipli xəstəxanaların TİKA tərəfindən tibbi avadanlıqlarla təchiz olunmasında və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin inzibati heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Xəstəxanaların idarə edilməsi” layihəsinin təşkilində göstərilən dəstəyə görə qurumun sədri Sərkan Kayalara təşəkkürünü bildirib.
Xəbərlər
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
23 Avqust 2024 15:31
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
15 Avqust 2024 12:03
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 Avqust 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 Avqust 2024 14:37
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
30 İyul 2024 11:19