04 Noyabr 2021 09:03

“Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

27.09.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 568 269.71 (beş yüz altmış səkkiz min iki yüz altmış doqquz manat 71 qəpik) manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 192 926.90 (bir milyon yüz doxsan iki min doqquz yüz iyirmi altı manat 90 qəpik) manat və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 647 280.50 (altı yüz qırx yeddi min iki yüz səksən manat 50 qəpik) məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Zəng sifariş et