30 Sentyabr 2024 17:28

Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 18 oktyabr 2024-cü il tarixində Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək.

Qəbul "Zaqatala rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində (Ünvan: Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi 58) saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə  Zaqatala və Balakən rayon Mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Qəbula qeydiyyat 17 oktyabr 2024-cü il, saat 18:00-da başa çatır.  Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 

 

Zəng sifariş et