05 Oktyabr 2021 15:44

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Türkiyədə işgüzar səfərdədir

İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) üzrə Kamillik Mərkəzinin dəvəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə səfərdədir.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Mərkəzin rəhbəri Eyup Vural arasında dövlət-özəl sektor tərəfdaşlığına dair görüş keçirilib. Tədbirdə səhiyyə sektorunda DÖST layihələrinin həyata keçirilməsi üzrə Türkiyə təcrübəsinə və qanunvericiliyinə dair fikir mübadiləsi aparılıb.

Z.Əliyev DÖST çərçivəsində tətbiq olunan layihələr ilə tanış olmaq məqsədilə xəstəxanaları ziyarət edib, Türkiyənin səhiyyə sektoru üzrə zəngin DÖST təcrübəsinə malik yerli mütəxəssislərlə görüş keçirib.

Ölkəmizə səhiyyə sahəsinə sərmayə qoyuluşuna maraqlı olan iş adamları ilə təşkil olunan görüşdə isə Z.Əliyev Azərbaycanın səhiyyə sistemi, icbari tibbi sığortanın tətbiqi barədə onlara məlumat verib.

Z.Əliyev 44 günlük Vətən müharibəsində iştrak edən və Türkiyədə müalicə alan qazilərimizi xəstəxanalarda ziyarət edib və onların səhhətləri ilə maraqlanıb.

Zəng sifariş et