09 Sentyabr 2022 17:00
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.
Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir. Sənəddə həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.
Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.
İşçi Qrupuna tibbi sığorta sahəsində dövlət–özəl sektor əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlərin görülməsi, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflərin verilməsinin təmini tapşırılıb.
Xəbərlər
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55