05 Noyabr 2021 09:26

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırlması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırlması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 2 iddiaçı “R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

08.10.2021-ci il tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 976.64 (doqquz yüz yetmiş altı manat 64 qəpik) manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 54 143.12 (əlli dörd min yüz qırx üç manat 12 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

 

 

Zəng sifariş et