19 Dekabr 2022 11:45

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və tibbi sərfiyyat malları”nın satın alınmasına dair keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən 23 noyabr 2022-ci il tarixdə elan edilmiş “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və tibbi sərfiyyat” mallarının satın alınmasına dair keçirilmiş təkliflər sorğusunun qalibi Tender Komissiyasının qərarına əsasən “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 14 dekabr 2022-ci il tarixində Agentlik ilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında satınalma müqaviləsi bağlanmışdır.

 

 

Zəng sifariş et