Sığortaolunanların hüquqları

• Sığorta hadisəsi baş verdikdə “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə bağlamış tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək;

• Göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən tələb etmək;

• “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək;

• Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb təchizatçısından və ya tibbi ərazi bölməsindən tələb etmək;

• İcbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və ya məhkəməyə müraciət etmək;

• Xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

• Onları icbari tibbi sığorta etməyi, habelə sığortahaqqının tam həcmdə və vaxtında ödənilməsini sığortalıdan (işəgötürəndən) tələb etmək.

Sığortaolunanların vəzifələri
• Tələb edildiyi təqdirdə sağlamlıq vəziyyətinin göstəriciləri haqqında ona məlum olan məlumatları tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə vermək; 
• Tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmək.

Zəng sifariş et