Yerləşdirilmə tarixi: 20.03.2020
Son müraciət tarixi: 21.04.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sistem inzibatçılığı şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis (Linux üzrə sistem inzibatçılığı istiqaməti üzrə) 
Şöbə: Sistem İnzibatçılığı


Vəzifə öhdəlikləri:

•    Server proqram təminatının dəstəklənməsində iştirak, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;
•    İnformasiya sisteminin sazlanmasında iştirak, zərurət yarandıqda digər şirkətlərin iş prosesinə müqavilə əsasındə cəlb edilməsi;
•    Unix Linux sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Davamlılıq və yüksək performans üçün Unix Linux mühitinin monitorinqinin aparılması;
•    Virtualizasiya sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Ehtiyat nüsxələrinin saxlanılması sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Departament rəhbəri və şöbə müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi;
•    Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
•    Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.


    Vəzifə üçün tələblər:
•    Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
•    Linux sistemlərin inzibatçılığı üzrə minimum 1 il iş təcrübəsi;
•    OS Linux Redhat / CentOS üzrə biliklərin olması; 
•    RHСSA üzrə biliklər (sertifikat olması arzu olunandır);
•    Mövcüd Linux serverlərin dəstəklənməsi, çıxan problemlərin aradan qaldırılması;
•    Şəbəkə ilə bağlı başlanğıc səviyəsində biliklərin olması;
•    Texniki İngilis dili (ingilis dilində materialların oxuyub başa düşülməsi);
•    Komandada işləmək bacarığının olması;
•    Yeni layihələrin icrasında iştirak edilməsi;
•    Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması;


Maraqlanan namizədlər CV-lərini 21 aprel 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.

 

Zəng sifariş et