11 Yanvar 2022 12:25
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2021-ci ilin müvafiq ayları üzrə 12.4 milyon manata yaxın müddətli əlavə, mükafat və birdəfəlik mükafat ödənilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Özəl tibb müəssisələri üzrə | Könüllülər üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||||
Oktyabr | 7,468,087.75 AZN (7 456 nəfər) | 1,404,345.65 AZN (2 612 nəfər) | 4 056.70 AZN (2 nəfər) | 1 250,00 AZN (5 nəfər) | 8,877,740.10 AZN (10 075 nəfər) |
Noyabr | 1,461,208.95 AZN (1 156 nəfər) | 457,466.51 AZN (989 nəfər) | 0,00 AZN (0 nəfər) | 1 000,00 AZN (4nəfər) | 1,919,675.46 AZN (2 149 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
“Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə cəlb edilmiş işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Agentliyin İdarə Heyətinin 20 sentyabr 2021-ci il tarixli 26 saylı Qərarına əsasən iyul və avqust ayları üzrə 67 tibb müəssisəsinə ümumilikdə 1 milyon 597 min manat məbləğində birdəfəlik mükafat ödənilib. Qeyd edək ki, Agentlik tərəfindən iyul və avqust ayları üzrə birdəfəlik mükafatların ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00