05 Noyabr 2022 11:53
Səhiyyə infrastrukturunun inkişaf etdirilməsi sahəsində əməkdaşlıq memorandumu imzalanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar.
İmzalanma mərasimi Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda baş tutub. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iş adamları iştirak ediblər.
Sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00